Saatlıda 3 nəfər bıçaqlanıb, birinin durumu ağırdır - YENİLƏNİB

3 Oktyabr 2021 19:01 (UTC+04:00)

Saatlı rayonu Sarıcalar kəndində mağazada münaqişə zamanı 3 nəfər bıçaqlanıb.
Aznews.az xəbər verir ki, Saatlı rayonu Sarıcalar kənd sakinlərindən 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu bel nahiyəsindən, 1979-cu il təvəllüdlü Adil Axmedov qol nahiyəsindən və 1993-cü il təvəllüdlü Rüstəmov Samir Vahid oğlu baş nahiyəsindən bıçaqlanıb.
Vəziyyəti ağır olan Mirzəliyev Bəhruz Fizuli oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

saat 18.08

Saatlıda 29 yaşlı kişi bıçaqlanıb.
Aznews.az xəbər verir ki, Saatlı rayonu Sarıcalar kənd sakini, 1992-ci il təvəllüdlü Mirzəliyev Bəhruz Fizuli oğlu münaqişə zəminində tanışı tərəfindən bıçaqlanıb.
B.Mirzəliyev bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı Saatlı polisi tərəfindən araşdırma aparılır./APA