"İranda yaşayan 30 milyondan artıq soydaşımız mollaların başına oyun açar"

4 Oktyabr 2021 10:13 (UTC+04:00)

Niyaməddin Orduxanlının aparıcı olduğu AXC TV-də "Həftənin yekunu"nun bu dəfəki qonağı millət vəkili Elman Məmmədov olub. Verilişdə həftə ərzində ölkəmizdə, beynəlxalq müstəvidə və regionda baş vermiş hadisələr geniş müzakirə olunub. Müzakirə zamanı Prezident İlham Əliyevin 27 sentyabr Anım Günü kimi qeyd olunması ilə bağlı verdiyi sərəncam, 27 senytabrda Prezidentin xalqa müraciəti, Anım günü Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsində şəhid olmuş 3000 şəxsin şəkili ilə yürüş etməsi və dünyaya verilən mesaj, Qarabağda yaşayan 25 000 erməniyə heç bir statusun verilməməsi ilə bağlı Prezidentin kəskin çıxışını, son günlər İran Azərbaycan münasibətlərinin gərkin olmasının səbəbləri, İran dini liderlərinin Azərbaycana qarşı təxribat xarakterli açıqlamları və təhdidləri, Prezidentin İlham Əliyevin İran TIR-larının qansuz olaraq Azərbaycan ərazilərinə səfər edərək ermənilərə dəstək olmarına kəskin etirazı, İranda yaşayan 30 milyondan artıq soydaşımızın Azərbaycanı dəstəkləməsi faktoru, BMT-nın son iclasındakı Azərbaycan prezidenti İlham Əliyevin etdiyi çıxışı, Türkiyənin Azərbaycanla bağlanan hərbi əməkdaşlığa dair imzalanan sənədin önəmi və digər məsələlərdən danışılıb. Həmin verilişin videosunu təqdim edirik: