YAP-dan Milli Şura ilə bağlı gözlənilməz açıqlama

24 İyun 2013 15:05 (UTC+04:00)
"Rusiyanın Milli Şuraya heç bir dəstəyi ola bilməz"


"Milli Şuran üzvlərinin ABŞ-a dəvət edilməsinin bu dövlətin hökumətinə heç bir aidliyi yoxdur. ABŞ-a dəvət olunan qonaqların adlarını Dövlət Departamenti müəyyənləşdirir. Hər halda bizdə ABŞ hökumətinin Milli Şuraya hər hansı dəvət göndərməsi və ya dəstək verməsi ilə bağlı məlumat yoxdur"

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, Milli Şura nümayəndələri onları ABŞ-a konkret kimin dəvət etdiyini demirlər, əgər, desələr o zaman buna hər hansı münasibət bildirmək olar: "ABŞ Konqresinin Senat və Aşağı Palata ilə birlikdə ümumilikdə 535 üzvü var. İndi onlardan kimsə bunları ABŞ-a dəvət edibsə, bu, bütün Konqresin mövqeyi demək deyil.

YAP rəsmisi hesab edir ki, bu cür məlumatlar Milli Şuranın piar kampaniyasıdır: "Milli Şuranı tanıyan yoxdur. Hətta ötənlərdə musavat.com saytının hazırladığı bir videoda məlum oldu ki, xalq oradakı siyasətçilərin heç birini tanımır. İndi də bu cür xəbərlər yayaraq, özlərini böyük göstərməyə çalışırlar".

M.Qurbanlının sözlərinə görə, Milli Şuraya nə Rusiyanın, nə də ABŞ-ın hökumət səviyyəsində dəstəyi yoxdur, ola da bilməz: "Milli Şuraya nə Rusiya hökumətinin, nə ABŞ hökumətinin dəstəyi yoxdur və ola da bilməz. Çünki bu adamları heç kim tanımır. Mən bu cür məlumatlara adi xəbər kimi baxıram. İndi də gedib ABŞ-da 5-10 konqresmenlə görüşüb, şəkil çəkdirib, gələcəklər".

Anar
AzNews.az