Avropada qaz 600 dollardan çox ucuzlaşıb

7 Oktyabr 2021 09:03 (UTC+04:00)

Bunu "ICE Futures"dəki ticarət məlumatları sübut edir.

Belə ki, noyabr qaz fyuçerslərinin qiyməti ticarətin açılışında hər min kubmetr üçün 1 550 ABŞ dollarını keçərək, maksimum həddə - min kubmetr üçün 1 937 ABŞ dollarına çatıb.

Ticarət sessiyasının sonunda fyuçerslərin qiyməti min kubmetr üçün 1 258,2 ABŞ dolları təşkil edib. (Report)