Salyan Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

7 Oktyabr 2021 12:34 (UTC+04:00)

Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.

Qeyd edək ki, X.Piriyev 5 ildən artıq idi Salyan Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi.

R.Dadaşova isə bundan öncə Salyan rayon Peşə liseyinin direktoru vəzifəsində çalışıb.