Azərbaycan diplomatı daimi müşahidəçi təyin edildi

24 İyun 2013 16:11 (UTC+04:00)
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu azərbaycanlı diplomat Arif Məmmədovu təşkilatın Avropa Birliyi yanında daimi müşahidəçisi təyin edib.

APA-nın İƏT mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qurumun AB yanında yeni müşahidəçilik missiyasının açılışı iyunun 25-də Brüsseldə keçiriləcək. Mərasimdə E. İhsanoğlu da iştirak edəcək.

Xatırladaq ki, A. Məmmədov daha öncə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi və Benilüks ölkələrində Azərbaycanın səfiri olub.

AzNews.az