Batumidə çökən binaya görə saxlanılanlardan biri Azərbaycan vətəndaşıdır

9 Oktyabr 2021 22:14 (UTC+04:00)

Gürcüstanın Batumi şəhərində binada çökmənin baş verməsi ilə bağlı saxlanılan üç şəxsdən biri Zaur Budaqov adlı Azərbaycan vətəndaşıdır.

Aznews.az xəbər verir ki, bu barədə məlumatı yerli “Mtavari arxi” telekanalı yayıb.

Bildirilib ki, o, bir neçə ildir Batumidə yaşayır və kazinoların birində menecer işləyir. Z.Budaqovun həmin binadakı mənzilində aparılan təmir-bərpa işlərində təhlükəsizlik qaydalarının kobud pozduğunu qeyd olunub. Onun mənzil və zirzəminin birləşdirilməsi xahişi ilə oktyabrın 4-də Dövlət Reyestrinə müraciət etdiyi məlum olub.

Azərbaycan vətəndaşının vəkili deyib ki, müdafiə etdiyi şəxs istintaq çərçivəsində artıq ifadə verib.

Xatırladaq ki, Batumidə yaşayış binasının bir bloku ötən gün saat 12:00 radələrində çöküb. Nəticədə 3-ü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı olaraq oktyabrın 11-i Gürcüstanda matəm günü elan edilib.