DÇ-2022: Millimiz İrlandiya komandasına məğlub oldu

9 Oktyabr 2021 22:36 (UTC+04:00)

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan - İrlandiya oyunu başa çatıb.

Aznews.az xəbər verir ki, norveçli baş hakim Espen Eskasın idarə etdiyi oyunun ilk hissəsində irlandiyalı Kallum Robinson dubl edib - 2:0. Qonaqların heyətində üçüncü qolu Çidozi Oqbene (90-ci dəqiqə) vurub.

Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 5 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.