Azərbaycan XİN Rusiyaya başsağlığı verib

10 Oktyabr 2021 12:50 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.

Başsağlığı mətni XİN-in tviter hesabında yayılıb.

“Tatarıstan Respublikasında paraşütçülər olan təyyarənin qəzası nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, -XİN-in paylaşımında deyilir.