“Toppuş bacı“nın ailəsində itki

24 İyun 2013 19:27 (UTC+04:00)
Əməkdar artist Tünzalə Əliyevanın ailəsində itki baş verib.

Axşam.az-ın məlumatına görə, aktrisanın qardaşının qaynatası dünyasını dəyişib.

"Toppuş bacı" bildirib ki, bu səbəbdən oğlan toyuna olan təmtəraqlı hazırlıq işləri dayandırılıb:

"Xına mərsimim də olmayacaq. Bakıda heç bir şənlik təşkil etməyəcəyik. Oğlan toyu rayonda sadə bir mərasimlə keçiriləcək".

Xatırladaq ki, "Toppuş bacı" indiyədək özünə iki qız toyu edib.

AzNews.az