Ceyhun Bayramov Belqradda Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Tədbirində iştirak edəcək

10 Oktyabr 2021 18:40 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.