Tbilisidə Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya başlayıb

10 Oktyabr 2021 20:10 (UTC+04:00)

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar.

Aznews.az xəbər verir ki, aksiyanı Saakaşvilini ölkəyə qaytarmaq üçün xalq hərəkatı yaradan Gürcüstan müxalifətinin Qanun və Ədalət Partiyasının lideri Tako Çarkviani təşkil edib.

Etirazçıların əllərində Gürcüstanın milli bayraqları və Saakaşvilinin fotoları var.

Siyasətçinin azad edilməsini tələbi ilə daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tbilisinin mərkəzində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb, o, hazırda Rustavi şəhərindəki həbsxanadadır.