“Prezidentin bu təşəbbüsü çox mühümdür hadisədir" - Deputat

11 Oktyabr 2021 15:17 (UTC+04:00)

“Müstəqilliyimizin bərpasının 30-cu ilində Prezidentin bu təşəbbüsü çox mühümdür hadisədir".

Bunu Milli Məclisdə “Müstəqillik Günü” haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

“Biz 1918-ci ildə dövlətimizi elan edəndə istiqlal bəyannaməsini yaymışıq. Başqa sözlə, burada ilk olaraq müstəqilik elan olunub. O vaxta qədər Rus imperiyası çar hakimiyyətinə son qoymuşdu. Rusiyada faktiki iki inqilab baş vermişdi. 1917-ci il martın 15-də II Nikolay hakimiyyətdən getmişdi. Ona görə də 1918-ci ilin 28 mayında dövlət müstəqilliyimizi elan etmişdik. Bu Respublika Günü kimi deyil, Müstəqillik Günü kimi qeyd edilməlidir”.

Deputat əlavə edib ki, 1991-ci ilin 18 oktyabrını müstəqilliyin bərpası günü kimi qeyd etmək tamamilə əsaslıdır: “1920-i aprelin 28-də XI qızıl ordu Azərbaycanı işğal etdi. Xalq Cümhuriyyəti hakimiyyəti Azərbaycan Kommunist Partiyasına verəndə Azərbaycanın müstəqilliyinin müdafiə edib saxlanılmasını şərt kimi qoymuşdu. SSRİ burada formal dövət yaratdı. Amma Azərbaycan Respublikası əvvəlcə federasiya tərkibində qatıldı, 1922-ci ildə SSRİ-ni təsis edən respublikalardan biri oldu. Sonrakı konstitusiyaların qəbulu zamanı da respublka quruluşu formal saxlanıldı. Yəni SSRİ tərkibində belə Azərbaycan formal-hüquqi baxımdan müstəqil respublika idi. Bu səbəbdən də 1991-ci ildə SSRİ tərkibindən çıxmaqla müstəqilliyimizi bərpa etdik. 28 Mayın Müstəqillik Günü kimi elan olunması son dərəcə əhəmiyyətlidir. "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, respublika üsul-idarəsi seçilir. Amma bəyannamədə ilki olaraq mütəqilliyin elan olunması vurğulanır. Önəmli müstəqilliyin bərpası olunması idi ki, həmin gün Azərbaycanda dövlət müstəqilliyi elan olunub. Əlbəttə, biz müstəqilliyimizi yaradanları, onun bərpasına səs verənləri hörmətlə xatırlamalıyıq”.

Q. Həsənquliyev qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən bu layihə son dərəcə vacib və əhəmiyyətlidir: “Bununla bağlı sosial şəbəkələrdə müəyyən manipulyasiyalar olur. Məncə, buna əsla yer yoxdur. Çünki Müstəqillik Günü və Müstəqilliyimizin Bərpası Günü daha əhəmiyyətlidir”. (moderator.az)