Qaçqınlıq faciəsinin dəhşətlərindən bəhs edən sənəd - AŞPA-da

24 İyun 2013 19:55 (UTC+04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının birinci iş günündə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın yaratdığı qaçqınlıq faciəsinin 25 illik dəhşətlərindən bəhs edən sənədi yayılıb.

"Adətən yuvarlaq ildönümləri, yubileylər fərəhli hadisələrlə bağlı qeyd edilir. Lakin tarix yalnız sevindirici hadisələrdən ibarət deyildir və biz istəyib-istəməsək də, daim hərəkətdə olan təqvim kədərli hadisələrin də ildönümlərini gətirir. Düz 25 il əvvəl Ermənistandan əsrlərlə o torpaqlarda yaşamış, bütün coğrafiyaya öz ana dillərində adlar vermiş azərbaycanlıların XX yüzillikdə ki son böyük deportasiyası başlandı. Yüz minlərlə insanın sakit həyatı məhvərindən çıxdı. Onların özlərinin və hələ kiçik olan, dünyanın qəddarlığından xəbərsiz övladlarının, bir neçə il sonra qaçqın kimi doğulacaq uşaqlarıının indiyəcən də bitməyən və hələ çox illər boyu davam edəcək faciələri başlandı. 25 il keçib, nəticə nə oldu, bu deportasiyalar, işğal Ermənistana, erməni xalqına nə verdi, onu xoşbəxt etdimi? Qətiyyən, tam əksinə oldu. Həmin deportasiya və işğal nəticəsində Azərbaycanın 1 milyona yaxın insanı qaçqına və məcburi köçkünə çevrildisə, tədricən iqtisadi vəziyyəti ildən-ilə ağırlaşan, sosial-mənəvi mühiti getdikcə daha artıq dözülməz olan Ermənistandan əhalinin xarici ölkələrə köçü başlandı. Bugünədək də davam edir. Bu illər ərzində Ermənistanı tərk etmiş vətəndaşların sayı 2 milyona çatır ki, bu da dünyada qəbul edilmiş orta statistik göstəricidən təxminən 20 dəfə çoxdur",- sənəddə deyilir.

Millət vəkili təqdim ediyi sənəddə Sovet İttifaqının və sosialist blokunun dağılmasından sonra həmin məkandan çıxmış ölkələrin bir çoxunun artıq Avropa Şurası üzvü olduğunu, onların da öz növbələrində ortaq problemlər yaşadığını qeyd edərək həmin müştərək problemləri əhatə edən ayrıca məruzənin hazırlanması vacibliyi üzərində xüsusi dayanıb.//trend//

AzNews.az