Tovuzda yol qəzası

11 Oktyabr 2021 22:19 (UTC+04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford Tranzit”lə digər avtomobil toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır