Bakıda sərxoş sürücü qəza törədib

12 Oktyabr 2021 14:28 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi polis əməkdaşları ilə sürücü arasında yaranan insidentə münasibət bildirib.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, hadisə paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində qeydə alınıb.

N.Piriyevin sözlərinə görə, hazırda araşdırma aparılır:

“Videogörüntülərin çəkildiyi ərazidə yol-nəqliyyat hadisəsi olub. Qəza zamanı 4 avtomobil əzilib. Yol Patrul Xidməti əməkdaşları isə hadisənin araşdırılması məqsədi ilə qəza törədən şəxsi - Elvin Rüstəmovu şöbəyə aparmağa çalışıb. Bu zaman sürücü polis əməkdaşlarına tabesizlik göstərib. Həmin zaman sürücüyə heç bir zor tətbiq edilməyib. Daha sonra sürücü saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə aparılıb. Eyni zamanda sürücü sərxoş olub və barəsində protokol tərtib edilib". (Report)