Mühəndis və həyat yoldaşı bu ölkənin nüvə sirlərini satıb

12 Oktyabr 2021 16:29 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühəndisi və həyat yoldaşı ölkənin nüvə sirlərini xarici ölkəyə satmaqda şübhəli bilinərək saxlanılıb.

AzNews.az xəbər verir ki, Conatan və Diana Toebbe bu gün məhkəmə qarşısına çıxarılıb.

ABŞ Ədliyyə Nazirliyi şənbə günü Qərbi Virciniya ştatında saxlanılan cütlüyün Atom Enerjisi Qanunu pozmaqda ittiham olunduğunu açıqlayıb.

Məsələ ilə bağlı danışan ABŞ Baş Prokroru Merrik Garland Amerika Federal Təhqiqat Bürosuna (FTB) uğurlu fəaliyyətinə görə minnətdarlığını bildirib.

Pentaqon isə mövzu ilə bağlı açıqlama verməyib.

Şəbnəm Zahir