Alüminiumun qiyməti 3 100 dolları keçib

12 Oktyabr 2021 18:23 (UTC+04:00)

Aznews.az xəbər verir ki, London Metal Birjasında (LME) 1 ton alüminiumun qiyməti 2008-ci ilin iyul ayından bəri ilk dəfə 3 100 ABŞ dollarını keçib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17:43-də üç ay sonra çatdırılma şərti ilə alüminium fyuçerslərinin qiyməti 1,6% artaraq 3 112,5 dollara çatıb. Saat 17:45-də sözügedən metalın dəyəri 3 110 dollara düşüb.

Xatırladaq ki, cari ilin sentyabr ayında Qvineyadakı siyasi vəziyyət fonunda alüminium tədricən bahalaşmağa başlayıb. Belə ki, Qvineya alüminium istehsalı üçün lazım olan boksitin əsas təchizatçısıdır və Çinin alüminium idxalının yarıdan çoxu Qvineyanın payın düşür. Sentyabrın 5-də Qvineyada baş vermiş hərbi çevriliş nəticəsi olaraq ölkənin sərhədlər bağlanmışdı və prezident Alfa Kondenin həbs olunmuşdu.