ÜST açıqladı: bu ölkələr peyvəndləməyə başlamayıb

13 Oktyabr 2021 19:16 (UTC+04:00)

"3 ölkə hələ də COVID-19 virusuna qarşı peyvəndləməyə başlamayıb. Bunlar Burundi, Koreya Xalq Demokratik Respublikası və Eritreyadır".

Aznews.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus məlumat verib.