İşgüzar adamlar üçün Britaniya ulduz falı - Maraqlı

24 İyun 2013 21:12 (UTC+04:00)
QOÇLAR boş məsələlərdən ötrü həyəcan keçirməməlidir. Xırda-para problemlərə görə özünüzdən çıxmayın. Əslində, bütün bunlar həyatınıza elə bir böyük təsir göstərmir. Həmkarlarınız peşəkarlığınızı şübhə altına alanda yaxşı keyfiyyətlərinizi yada salın. Onda öz gücünüzə inam hissi dərhal geri qayıdacaq.

BUĞALAR bu həftə diqqətlərini əsas məsələ üzərində cəmləşdirməlidir. Əgər bir işə başlamısınızsa, onu vicdanla yerinə yetirməlisiniz. Əsas məqsəddən yayınmayın. Rəhbərlik zəhmətinizin nəticələrini layiqincə qiymətləndirəcək.

ƏKİZLƏR üçün iş bu həftə ön plana keçəcək. Böyük həcmdə işin ağırlığı gözünüzü qorxutmasın. Layihələrin çoxu yalnız ilk baxışda müşkül görünür. Onları həyata keçirmək bir o qədər də çətin olmayacaq.

XƏRÇƏNGLƏR həyati dəyərlərini bir daha gözdən keçirməlidir. Çoxdandır sizə rahatlıq verməyən, başqa təşəbbüslərin kölgəsində qalan fikir və ideyalar gözlənilmədən önə çıxacaq. Tələsməyin. İlk növbədə həyatdan nə istədiyinizi başa düşməlisiniz. Axı, içiniz rahat olmasa, işinizdə də uğur qazana bilməzsiniz.

ŞİRLƏRƏ elə gələ bilər ki, ətrafda heç nə baş vermir. Amma, əslində, belə deyildir. Rəhbərlik hər addımınızı izləyir. Odur ki, sayıqlığı itirməməlisiniz. Başınıza sığal çəkən olmayacaq, hər bir səhviniz dərhal gözə girəcək.

QIZLARI həftənin əvvəlində yaxşı heç nə gözləmir. Planlarınız kart evciyi kimi dağılır, rəhbərlik isə işinizdən narazı olduğunu bildirir. Amma inanın ki, belə bir vəziyyət ruhdan düşmək üçün əsas deyildir. Özünüzü toplayıb səhvlərinizi düzəltməyə çalışmalısınız. Ola bilsin, çox çalışacaqsınız, amma nəticə bütün səylərinizi doğruldacaq.

TƏRƏZİLƏR bu həftə hamının diqqət mərkəzində olacaq. Həmkarlar sizdən məsləhət istəyəcək, rəhbərlik yeni layihəyə başlamağı təklif edəcəkdir. Bütün bunlar son günlər yaxşı işləməyinizin nəticəsidir. Tərəfdaşlarınızın cəlbedici təklifindən imtina etməyin. Riskə getməkdən qorxmayın, çünki hərəkət olan yerdə, bərəkət olar deyiblər.

ƏQRƏBLƏR üçün dinamik həftə olacaq. Təxirə saldığınız işləri görməyin vaxtı gəlib çatıbdır. Onları həftə sonuna qədər başa çatdırmalısınız. Onda bazar günləri rahat-rahat dincələ bilərsiniz. Ulduzlar istirahət günlərini yaxın dostlarınızın əhatəsində təmiz havada keçirməyi məsləhət görür.

OXATANLARI xoşagəlməz söhbət gözləyir. Bu söhbət işgüzarlıq keyfiyyətlərinizlə deyil, kollektivdəki davranışınızla bağlıdır. Son vaxtlar iş yoldaşlarınızla mehriban dolanmırsınız. Yaxşı olar, ətrafınızdakı insanlara münasibətinizi yaxşı-yaxşı gözdən keçirəsiniz.

OĞLAQLAR həm həmkarlarından, həm də dostlarından çoxlu xoş sözlər eşidəcək. İnsanlar işinizə, biliyinizə və incə yumor hissinizə heyrandırlar. Amma sayıqlığı əldən verməməlisiniz. Bir balaca səhvə yol versəniz, kəskin tənqiddən yaxanızı qurtara bilməyəcəksiniz.

DOLÇALAR təmkinlərini pozmamalıdır. Bu həftə hamıya lazımsınız. Həmkarlarınızın sizə ehtiyacı vardır. Rəhbərlik əlavə iş tapşıracaqdır. Evdə ailə münaqişələrini həll edən hakim rolunda çıxış edəcəksiniz. Odur ki, gücünüzü toplayıb bütün çətinlikləri ləyaqətlə dəf etməyə hazır olmalısınız.

BALIQLAR üçün müxtəlif hadisələrlə zəngin olan həftə bir göz qırpımında ötüb keçəcək. Yaxşı işlədiyinizə görə rəisinizdən tərif eşidəcəksiniz. İşgüzar müqavilə imzalamağı təklif etsələr, yaxşı olar, bu işi həftənin ikinci yarısına kimi təxirə salasınız. //AzərTac//

AzNews.az