Azərbaycan Ordusunun giziri intihar edib

15 Oktyabr 2021 11:11 (UTC+04:00)

Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hadisə oktyabrın 14-də axşam saatlarında qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.