Kamran Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb

15 Oktyabr 2021 12:04 (UTC+04:00)

Azərbaycan Baş prokuroru Kamran Əliyev Gürcüstanda rəsmi səfərdədir.

O, səfər çərçivəsində gürcü həmkarı İrakli Şotadze ilə görüşəcək.

Görüşdə iki ölkə arasında prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

K.Əliyevin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılıb.

Baş prokuror Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edəcək.