"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisi bu tarixdə keçiriləcək

15 Oktyabr 2021 23:59 (UTC+04:00)

FIA Dünya Avtoidman Şurasının Parisdəki iclası zamanı 2022-il üçün Dünya Çempionatının təqvimi təsdiqlənib. Gözlənildiyi kimi təqvimdə 23 yarış var.

Aznews.az xəbər verir ki, təqvimə əsasən Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 12-si baş tutacaq.