NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gələcək

16 Oktyabr 2021 18:32 (UTC+04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

Aznews.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat paylaşıb.

“Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, - ispaniyalı diplomat yazıb.