“Prezidentin münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir” - Hikmət Hacıyev

16 Oktyabr 2021 19:34 (UTC+04:00)

“Bu yaxınlarda yeni inşa edilmiş 29 km-lik asfalt yolla azad Talış kəndinə çatdıq. Prezident İlham Əliyevin Azərbaycanın öz maliyyə, inzibati və idarəetmə mənbələri sayəsində başladığı mina təmizləmə işlərinə paralel olaraq münaqişədən sonrakı yenidənqurma-bərpa layihələri misilsizdir”.

Aznews.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki səhifəsində yazıb.