Partiya sədrindən Elçibəyin kürəkəni ilə bağlı sərt - Açıqlama + Video

25 İyun 2013 07:15 (UTC+04:00)
BAXCP sədri Qüdrət Həsənquliyev Elçibəyin kürəkəni ilə bağlı sərt açıqlama verib. AzNews.az həmin açıqlamanı təqdim edir.

BAXCP sədri Qüdrət Həsənquliyev:" Dünən mən efirdən baxdım ki, Əbülfəz bəyin kürəkəni tədbir keçirir və bizi partiya olaraq tədbirə dəvət etmir. Ancaq görəndə ki, Əli Kərimli ilə Eldar Namazov tədbirdə ön sırada otururlar. Təəssüflər olsun ki, özünü Əbülfəz bəyin davamçısı elan edən adamalar artıq Əbülfəz Elçibəydən siyasi konyektura naminə istifadə etməyə başlayıblar. Bu təəssüf edicidir, üzücüdür. Biz bu fakda təəssüf hisimizi gizlədə bilmərik. Biz Elçibəyin qohumu deyilik. Biz Elçibəyin mənəvi qohumlarıyıq. Biz Elçibəyin irsini davam etdirməliyik. Çalışmalıyıq ki, Elçibəyin irsindən kimlərsə dar siyasi məqsədlər üçün istifadə edə bilməsin. Bu gün özlərini "milli qüvvələr adlandıran" şəxslər Rəsulzadənin önündə Əli Ömərovla yan-yana dayanırlar. Vaxtı ilə xalq hərəkatına qarşı ən iyrənc mövqe sərgiləmiş insanlar Azərbaycan xalqına yenidən milli qəhrəman kimi təqdim edilir. Həmin Rəhim Qazıyevlər, Əli Ömərovlar, Sürət Hüseynovlar və başqaları."

P.S. çıxışın davamını bu videodan izləyə blərsiniz...



AzNews.az