Yəhudilərin baş ravvinin ev dustaqlığı uzadıldı

25 İyun 2013 07:25 (UTC+04:00)
Dünya Rişon le-Tsion məhkəməsi İsrail əşkinazilərinin baş ravvini Yon Metsgeranı ev dustaqlığını daha 3 gün uzadıb.

Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, ravvinin vəkili bildirib ki, o, polisin tələbi qarşılığında etiraz etməyə cəhd göstərməyib.

Xatırladaq ki, polis rüşvət almaqda şübhəli bilərək onu sorğu-sual edib.

Ravvin "rüşvətxorluq, çirkli pulların yuyulması və yalan danışmaqda" şübhəli bilinir.

Bu istintaq bir neçə ay gizli keçirilib. Polis onun mənzilində də axtarış aparıb.

Mənbənin məlumatına görə, bu işlə bağlı başqa şübhəli də var.

Polisin iddiasına əsasən, Metsgera 2005-ci ildə Qüdsdə qaldığı "Metsudat David" mehmanxanasında qalarkən xidmət haqqı ödəməyib. Halbuki baş ravvinin Qüdsdəki mənzilinin xərclərini İsrail dövləti ödəyir.

2012-ci il dekabrın 24-də isə səfərdlərin baş ravvini Əliyaq Bakşi – Dornoya qarşı da ittiham irəli sürülmüşdü. O, "dələduzluq"da ittiham olunub.

Qeyd edək ki, Metsgera 2003-cü ildən baş ravvindir. Yaxın günlərdə onun 10 illik səlahiyyət müddəti başa çatır.

AzNews.az