Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! - FOTO

17 Oktyabr 2021 22:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Aznews.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında səfərlə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!"