Şamaxıda ev yandı

25 İyun 2013 07:24 (UTC+04:00)
Tərtər rayonu, Hüləvətli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb.

Ərazidəki biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 02:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şamaxı rayonu, Qaleyburuğ kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və əşyaları 50 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az