“VAZ” reklam lövhəsinə çırpıldı - Bakıda

25 İyun 2013 07:30 (UTC+04:00)
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili reklam lövhəsinə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsi törədib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnarə
AzNews.az