15 şagirdə təcavüz edən müəllim işdən qovuldu

18 Oktyabr 2021 15:54 (UTC+04:00)

Türkiyənin Diyarbəkir şəhərində 8 və 9 yaşlı 15 şagird müəllimin cinsi istismarına məruz qalıb.

AzNews.az xəbər verir ki, hadisə şəhərin Diclə rayonunda qeydə alınıb.

Belə ki, şagirdlərin ailələri polisə müəllimin tapşırıqları yoxlamaq bəhanəsi ilə uşaqları masasına çağırıb onları cinsi istismar etdiyini bildirib. Şagirdlər pedaqoq yanında yaşadıqları hadisə haqda danışıblar.

Sözügedən müəllim məktəbdən qovulub.

Lamiyə Əliyeva