Tərtər sakini güllələnərək öldürülüb - YENİLƏNİB

18 Oktyabr 2021 18:23 (UTC+04:00)

Tərtərdə baş verən qətl hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Aznews.az xəbər verir ki, həmkəndlisini odlu silahdan atəş açaraq öldürən şəxsin Əhlimanli Ziyadxan Elman oğlu olduğu bildirilir.

Hadisəyə səbəb kimi iki şəxsin arasında yaranan mübahisə göstərilir.

***

17.55

Tərtər rayon sakini güllələnərək öldürülüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Qapanlı kəndində baş verib.

Odlu silahdan güllə yarası alan kənd sakini Balacayev Murad Yaqub oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Hələlik hadisənin səbəbi məlum deyil.