ABŞ-da sərnişin təyyarəsi havaya qalxarkən alovlanıb - VİDEO

19 Oktyabr 2021 21:51 (UTC+04:00)

ABŞ-ın Texas ştatında “McDonnell Douglas DC-9-87” markalı sərnişin təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb.

Aznews.az yerli “Click2Houston” telekanalına istinadən xəbər verir ki, təyyarə yerə düşdükdən sonra alovlanaraq parçalara bölünüb.

Təyyarənin göyərtəsində olan 21 nəfərdən biri xəsarət alıb. Ekipaj üzvləri və sərnişinlər dərhal təyyarədən təxliyə edilib, yaralı isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ikiqat mühərrikli “McDonnell Douglas DC-9-87” təyyarəsi 172 oturacaqlıdır.