TQDK 9 bölgədə buraxılış imtahanı keçirir

25 İyun 2013 07:53 (UTC+04:00)
yunun 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublikanın 9 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada buraxılış imtahanları keçirir.

Bu imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilən şagirdlər iştirak edə bilərlər.

İmtahanlarda ümumilikdə ( 9 və 11-ci siniflər üzrə) 1050 (Bakıda 251, Naxçıvanda 14, Gəncədə 136, Şəkidə 111, Ağcabədidə 37, Göyçayda 103, Şirvanda 134, Lənkəranda 143, Qubada 121) şagirdin iştirakı gözlənilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılıb. İmtahan prosesini idarə etmək üçün 12 imtahan rəhbəri, 98 nəfər isə zal nəzarətçisi cəlb olunub.

Elnarə
AzNews.az