Azərbaycan və Xorvatiya XİN başçılarının görüşü başa çatıb

20 Oktyabr 2021 12:52 (UTC+04:00)

Nazirlər ikitərəfli əlaqələrin mövcud durumunu və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

11:30

Xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman arasında görüş başlayıb.

C.Bayramov xorvatiyalı həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.

Sonra nazirlər arasında təkbətək görüş olub.

Hazırda görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilir.