Türkiyəli xaker Trampın saytını dağıtdı

20 Oktyabr 2021 17:32 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Donald Trampın saytı türkiyəli xaker "RootAyyıldız" tərəfindən ələ keçirilib.

AzNews.az xəbər verir ki, xaker “action.donaldjtrump.com” saytına Qurani -Kərimdən bir ayə əlavə edib.

Saytda eyni zamanda Rəcəb Tayyib Ərdoğanın bir çıxışı da yerləşdirilib. D. Trampın komandası bir müddət sonra saytı xilas edə bilib.

Xatırladaq ki, “RootAyyıldız" 2021-ci ilin noyabr ayında ABŞ Prezidenti Co Baydenin seçki kampaniyası saytını da ələ keçirib.

Şəbnəm Zahir