İran yük maşınlarına Qarabağa və Laçına girməyi qadağan etdi

20 Oktyabr 2021 17:39 (UTC+04:00)

Qeyd olunub ki, rəsmi sərhədlər xaricində Azərbaycan Respublikası ərazisinə hər hansı bir giriş ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilir.

AzNews.az xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı İranın “Mehr” agentliyinin müxbirinə istinadən xəbər verir.

Bu sənəddə idarə həm də Qarabağa, xüsusən də Azərbaycanın Laçın rayonuna Ermənistan vasitəsi ilə girişin qadağan olunduğunu göstərir.

Bundan əlavə, Qarabağdakı separatçı rejimlə hər hansı bir ticarət müqaviləsinin imzalanması və nəqliyyat şirkətlərinə bu bölgəyə göndəriş sənədlərinin verilməsi qadağan edilib.