Putin hökumət üzvləri ilə onlayn görüş keçirib

20 Oktyabr 2021 17:54 (UTC+04:00)

Rusiyada yoluxma sayının artdığına görə prezident Vladimir Putin hökumət üzvləri ilə onlayn görüş keçirib.

AzNews.az xəbər verir ki, görüşdə yoluxmaların sayını azaltmaq məqsədi ilə oktyabrın 30-dan noyabrın 7-nə kimi qeyri-iş günü elan olunub.

Qeyd edək ki, son 24 saatda Rusiyada 34073 koronairusa yoluxma faktı qeydə alınıb, 1015 nəfər ölüb.

Lamiyə Əliyeva