Azərbaycan xüsusi təyinatlı qüvvələrinin təlimləri davam edir

20 Oktyabr 2021 16:45 (UTC+04:00)

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə və bölmələrində taktiki-xüsusi təlim davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xüsusi təyinatlıların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə praktiki vərdişlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər icra olunur.