Erdoğandan şok təzminat tələbi – 100 min

25 İyun 2013 08:20 (UTC+04:00)
Baş nazir Hüseyn Aygünü "Twitter"də yazdığına görə məhkəməyə verib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Gəzi Parkı" aksiyaları zamanı "Twitter" sosial şəbəkəsində yazdıqlarına görə CHPl-li deputat Hüseyn Aygünü məhkəməyə verib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir CHP-li deputatın yazdığı tvitlərlə onu təhqir etdiyini iddia edir. Ərdoğan müxalif millət vəkilindən 100 min lirə təzminat tələb edir.

Məlumata görə, baş nazirin məhkəmə iddiasında H.Aygünün yazdıqları ilə onun şəxsiyyətini təhqir etdiyi qeyd edilib. CHP-li deputatın yazdığı tvitlərdə baş naziri söydüyü iddia edilir.

Anar
AzNews.az