Baş katib: “NATO-nun hədəfi nüvə silahı olmayan bir dünyadır”

20 Oktyabr 2021 19:57 (UTC+04:00)

“NATO-nun hədəfi nüvə silahı olmayan bir dünyadır”.

Aznews.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

O bildirib ki, birtərəfli silahsızlaşma ilə bu hədəfə nail olmaq qeyri-mümkündür.

“Rusiya, Çin və Şimali Koreya kimi digər ölkələrin nüvə silahına sahib olduğu, lakin NATO-nun sahib olmadığı bir dünya təhlükəsiz deyil”, - Baş katib qeyd edib.