Səfirlik: David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır

20 Oktyabr 2021 20:24 (UTC+04:00)

David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya “işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfirlik tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub: "Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyası məsləhətləşmələr aparılmamışdır".

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır.