Silahlılar Prezident Sarayına hücum edib - Yeniləndi

25 İyun 2013 08:40 (UTC+04:00)
"Taliban" Prezident Sarayına hücumun məsuliyyətini öz üzərinə götürüb.
Əfqanıstanın hüquq-mühafizə orqanları "Taliban" silahlılarının Prezident Sarayına hücumunu dəf edib. Bütün silahlılar məhv edilib. Bu açıqlamanı Kabulun polis rəisi Məhəmməd Əyyub Salaqani verib.

90 dəqiqə davam edən atışmada ölənlər arasında hüquq-mühafizə orqanlarını əməkdaşı yoxdur. Öldürülən "Taliban" üzvlərini sayı açıqlanmasa da, bu barədə dəqiqləşdirmə aparıldığı bildirilib.

Qeyd edək ki, silahlılar Həmid Kərzayın sarayı ilə yanaşı, Müdafiə Nazirliyinin binasına da hücum edib. Yaxınlqda yerləşən "Ariana" oteli mühasirəyə alınıb.


***
10:25
İyunun 25-də səhər saatlarında Əfqanıstanın Kabul şəhərində Prezident Sarayı silahlıların hücumuna məruz qalıb.

Sarayın yerləşdiyi ərazidə iki dəfə güclü partlayış baş verib. Şəhərin mərkəzində bu dəqiqələrdə prezidentin mühafizəçiləri ilə silahlılar arasında atışma gedir.

BBC-nin məlumatına görə, Həmid Kərzayın harada olması barədə xəbər verilmir.

Qeyd edək ki, ötən həftə Kabulda parlament binasının yaxınlığında və həmçinin Amerika səfirliyini qarşısında bomba partladılıb.

Elnarə
AzNews.az