Putinin illik mətbuat konfransının vaxtı açıqlanıb

21 Oktyabr 2021 10:19 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında illik mətbuat konfransı keçiriləcək.

Bu barədə dövlət başçısının sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, belə mətbuat konfransları 2001-ci ildən keçirilir. Bir qayda olaraq dövlət başçısı əvvəlcə iqtisadi və sosal göstəriciləri açıqlayır, sonra isə jurnalistlərin suallarını cavablayır.