DİN jurnalistin yazdıqlarına münasibət bildirib

21 Oktyabr 2021 13:53 (UTC+04:00)

DİN-in KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, nazirlik jurnalistin paylaşımını nəzarətə götürüb.

"DİN jurnalistə təşəkkür edib, məsələ nəzarətə götürülərək araşdırılır", - o vurğulayıb.

Qeyd edək ki, jurnalist A.Muradxanlı sosial şəbəkələrdə paylaşım edərək ona bir nəfərin zəng etdiyini, bank köçürmələrinin dəqiqləşdirməsi üçün bank hesabı istədiyini deyib. (report)