Bazardan aldığı banan fermeri şoka saldı

22 Oktyabr 2021 16:50 (UTC+04:00)

Belçikalı fermer Stefan Van Dorslaerin bazardan aldığı banan qutularının içərisindən kokain çıxıb.

AzNews.az xəbər verir ki, satmaq üçün bazardan 10 qutu banan alan fermer qutuların 7-də lentə bükülmüş kokain paketləri tapıb.

Fermer bildirib ki, paketlərdəki narkotikin əvvəlcə kakao yağı olduğunu düşünüb.

O polisə zəng vuraraq bu barədə məlumat verib. Hadisə yerinə gələn polislər qutuları yoxladıqdan sonra onları aparıb. Bazarda banan satan şəxslər dindirilib. Hadisə ilə bağlı istintaq davam edir.

Lamiyə Əliyeva