Baş Prokurorluq: “Bakıda idmançının zalda ölümü ilə bağlı araşdırma aparılır”

22 Oktyabr 2021 22:30 (UTC+04:00)

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Aznews.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.