Prezident və birinci xanım Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021 14:21 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti, xanəndə Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib.

Əklil sənətçinin məzarı önünə qoyulub.

Qeyd edək ki, Xalq artisti dünən 81 yaşında dünyasını dəyişib. O, bu gün II Fəxri Xiyabanda dəfn olunub. (report)