Şoyqu: “NATO qüvvələrini Rusiya ilə sərhədlərə toplayır”

23 Oktyabr 2021 17:58 (UTC+04:00)

“NATO Rusiyanı hərbi baxımdan dayandırmaq çağırışları fonunda qüvvələrini ardıcıl olaraq Rusiya Federasiyası ilə sərhədlərə yığır”.

Aznews.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bəyanatına cavab olaraq deyib.

“Belə halların Almaniya və Avropa üçün artıq necə başa çatdığını Almaniya Federativ Respublikasının müdafiə naziri yaxşı bilməlidir. Avropanın təhlükəsizliyi Rusiyanın maraqlarına xələl gətirmədən ümumi xarakter daşıya bilər. Lakin bu məsələdə bərabər hüquqlu dialoqa bu gün məhz NATO hazır deyil”, - deyə general Şoyqu qeyd edib.