Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021 18:25 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Macarıstanın milli bayramı münasibətilə “Twitter”də paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir: “Macarıstanın Milli Günü münasibətilə Macarıstan xalqına və hökumətinə firavanlıq və ən xoş arzularımızı çatdırırıq. Milli Gününüz mübarək, Macarıstan!”.